“Amerikanı gözləməyin!” - Baltikyanı ölkələr hərəkətə keçdi

“Amerikanı gözləməyin!” - Baltikyanı ölkələr hərəkətə keçdi
02.10.2026 20:29 Dünya

Baltikyanı ölkələr mümkün Rusiya ilə münaqişə zamanı ABŞ-dən hərbi dəstəyin gecikməsi və ya ümumiyyətlə göstərilməməsi ehtimalına hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “The Atlantic” yazıb. Nəşrin məlumatına görə, Estoniya, Latviya və Litvanın hərbi planlaşdırıcıları artıq ABŞ-nin iştirakı olmadan müdafiənin təşkili üzrə müxtəlif ssenariləri təlimlərdə sınaqdan keçirirlər.

Avropanın NATO ölkələri hərbi imkanlarını genişləndirsə də, Baltikyanı dövlətlərin nümayəndələri ABŞ-nin təqdim etdiyi bəzi imkanların, o cümlədən peyk kəşfiyyatı, müasir raketlər və hipersəs silahlarının asanlıqla əvəz edilə bilməyəcəyini bildirirlər.

Litva isə mümkün işğal halında düşmən arxasında fəaliyyət göstərmək, pusqular təşkil etmək və kəşfiyyat məlumatları toplamaq üçün mülki müqavimət dəstələrinin hazırlığını gücləndirir. Bu prosesə dövlət tərəfindən dəstəklənən Litva Atıcılar İttifaqı da cəlb olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər