Kubaya gedən yanacaq yolu KƏSİLDİ: ABŞ hərəkətə keçdi
ABŞ Sahil Mühafizəsi Kubaya yanacaq aparan daha bir gəmini saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, təxminən 91 metr uzunluğunda olan “Grace” adlı yük gəmisi sentyabrın 5-də Kuba ilə Meksika arasında saxlanılıb. Gəminin aşkarlanmamaq üçün “qaranlıq donanma” kimi tanınan üsullardan istifadə etdiyi ehtimal edilir.
Bildirilib ki, bu, ABŞ-nin Kubaya yanacaq tədarükünün qarşısını almaq məqsədilə saxladığı ikinci gəmi olub.
Bundan əvvəl ABŞ Sahil Mühafizəsi “Jaira Provider” adlı gəmini də saxlayıb. ABŞ tərəfinin məlumatına görə, həmin gəmidə Kubaya aparılması nəzərdə tutulan təxminən 795 min litr yanacaq olub.
ABŞ administrasiyasının Kubaya qarşı yanacaq tədarükünə nəzarəti gücləndirdiyi qeyd olunur.
Kübra Musayeva