Tailandda daşqın dəhşəti: Bu iki avtomobil şirkəti zavodlarını bağladı
Yaponiyanın avtomobil istehsalçıları Toyota və Honda genişmiqyaslı daşqınlar səbəbindən Tailanddakı zavodlarının fəaliyyətini dayandırdıqlarını elan ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Nation" qəzeti məlumat verib.
"Şirkət 2026-cı il oktyabrın 2-dən 6-dək olan dövrdə Praçinburi və Ayutthayada yerləşən zavodların fəaliyyətini müvəqqəti dayandırır, çünki komponent tədarükçüləri daşqınlar səbəbindən avtomobil istehsalı üçün lazımi hissələri, xüsusən Çonburi və Rayonq əyalətlərindən çatdıra bilməyiblər", - deyə nəşr Honda-nın Tailand bölməsinin rəhbəri Koci İvanaminin sözlərindən sitat gətirir.
Qəzetin məlumatına görə, Toyota Motor-un Tailand bölməsi Samut Prakan və Çaçoenqsao əyalətlərindəki üç yığım sexinin fəaliyyətini dayandırıb. Bundan əlavə, Toyota Auto Works törəmə şirkətinin yığım sexini bağlamaq qərara alınıb. Şirkət tədarükün kəsilməsinin səbəbi kimi daşqını göstərib və alternativ daşıma marşrutları tapılana qədər fasilələrin müvəqqəti xarakter daşıdığını bildirib.
Aysel Mətləb