ABŞ-İran danışıqlarında dalana dirənən nədir?
ABŞ və İran arasında diplomatik danışıqlar tərəflərin fərqli yanaşmaları səbəbindən dalana dirənib.
TodayPress TV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla tez bir zamanda genişmiqyaslı razılaşma əldə etməyə çalışır. Tehran isə daha yavaş və dolayı danışıqlara, eləcə də daha məhdud razılaşmalara üstünlük verir.
Tərəflər arasında dərin etimadsızlıq da vəziyyəti çətinləşdirir. Belə ki, hər iki tərəf əvvəlki razılaşmaların pozulmasında bir-birini ittiham edir.
Daxili siyasi təzyiqlər Vaşinqtonu və Tehranı daha sərt mövqelər tutmağa sövq edir. Nəşrin yazdığına görə, Tramp İranla uzunmüddətli razılaşma əldə etməyin mümkünlüyünə getdikcə daha çox şübhə ilə yanaşır.
Kübra Musayeva