"Gəncəbasar" və "Kəpəz" yoxlama oyununda üz-üzə gəldilər
Azərbaycan Premyer Liqası təmsilçisi "Kəpəz" və I Liqada çıxış edən "Gəncəbasar"la yoxlama oyununda üz-üzə gəlib.
TodayPress TV xəbər verir ki, Gəncə stadionunun Məşq Mərkəzində baş tutan qarşılaşma bərabərliklə bitib - 1:1.
Xatırladaq ki, "Kəpəz" hazırda Azərbaycan Premyer Liqasında 7 xalla yeddinci, "Gəncəbasar" I Liqada 9 xalla ikinci pillədə qərarlaşıb.