“DOST Müfəttiş” layihəsinin iştirakçıları ilə görüş keçirildi - FOTO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları ilə görüş keçirildi - FOTO
02.10.2026 19:16 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsinin iştirakçıları ilə görüş keçirilib.

TodayPress TV xəbər verir ki, görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin müavini Nərmin Mirzəyeva, Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Şaiq Kazımov, DOST Agentliyinin əməkdaşları, eləcə də dövlət və özəl sektoru təmsil edən müəssisələrin nümayəndələri iştirak ediblər.

Çıxış edən Xidmətin rəis müavini Nərmin Mirzəyeva “DOST Müfəttiş” layihəsinin işəgötürənlərlə əmək qanunvericiliyinin tələbləri, əməyin mühafizəsi və insan resurslarının idarə olunması istiqamətlərində səmərəli əməkdaşlığın qurulmasına töhfə verdiyini bildirib.

N.Mirzəyeva layihənin əhəmiyyətinə toxunaraq işəgötürənlərin əmək qanunvericiliyinə əməl olunması və əməyin mühafizəsi sahəsində mövcud yanaşmalarının təkmilləşdirilməsinə, qabaqlayıcı tədbirlərin təşviqinə və özünü-qiymətləndirmə ənənəsinin formalaşdırılmasına xidmət etdiyini qeyd edib.

Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Şaiq Kazımov layihə çərçivəsində keçirilən təlimlərdə əmək münasibətlərinin qiymətləndirilməsi, əməyin mühafizəsi standartlarının tətbiqi, müasir insan resurslarının idarə olunması yanaşmaları və ƏMAS sistemindən istifadə ilə bağlı iştirakçılara məlumat verildiyini diqqətə çatdırıb.

Görüş zamanı layihənin nəticələri və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda təlimləri uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, “DOST Müfəttiş” layihəsi könüllü və ödənişsiz əsaslarla həyata keçirilir. Layihə çərçivəsində indiyədək 35-dən çox müəssisədə qiymətləndirmə aparılıb və 8 600 işçi əhatə olunub.





XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər