Moskva Naxçıvan məsələsində İrəvandan cavab gözləyir

Moskva Naxçıvan məsələsində İrəvandan cavab gözləyir
02.10.2026 18:26 Dünya

Rusiya Ermənistan tərəfinin iki dəmir yolu hissəsinin bərpası ilə bağlı Moskvanın təklifinə münasibət bildirməsini gözləyir.

TodayPress TV xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, söhbət Rusiya Dəmir Yolları şirkətinin konsessiyasında olan Ermənistan dəmir yollarının iki kiçik hissəsinin bərpasından gedir.

Overçuk bildirib ki, Rusiya bu hissələrin bərpasını dəstəkləyir və Ermənistanla nəqliyyat əlaqələrinin təmin olunmasına kömək etməyə hazırdır. Layihə Yeraşxdan Naxçıvana, eləcə də Gümrüdən Türkiyə sərhədinə qədər nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur.

Rusiya baş nazirinin müavini qeyd edib ki, müvafiq qərarlar hələ yanvar ayında ölkə prezidenti səviyyəsində qəbul edilib və Moskva Ermənistanın bu təklifə necə reaksiya verəcəyini gözləyir.

O, yaxın vaxtlarda məsələ ilə bağlı mühüm görüşlərin keçiriləcəyini və bunun prosesi irəli aparacağını düşündüyünü bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
02 OKTYABR 2026
Bütün Xəbərlər