Trampın qələbə “xəyallarına” Rezayidən cavab gəldi
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ABŞ Prezidenti Donald Trampın açıqlamalarına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, Rezayi sosial şəbəkə hesabında paylaşım edərək Trampın ardıcıl uğursuzluqlardan sonra da danışmağa davam etdiyini və fikirlərinin artıq öz xəyallarını belə üstələdiyini yazıb.
“Öz xəyallarınızda hər gün qalib gələ bilərsiniz. Amma reallığı İran – onun xalqı, əsgərləri və raketləri formalaşdırır”, – deyə Rezayi qeyd edib.
Kübra Musayeva