Avropa dizel ehtiyatlarını bazara çıxarır? - Tramp razı saldı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin öz ehtiyatlarından böyük həcmdə dizel yanacağını bazara çıxarmağa razılaşdıqlarını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Truth Social"da yazıb.
"Avropa indicə böyük ehtiyatlardan nəhəng həcmdə dizel yanacağını buraxmağa razılaşdı. Bu, təxirəsalınmadan başlayacaq", - deyə Amerika lideri vurğulayıb.
Dövlət başçısı hər hansı təfərrüat təqdim etməyib.
Aysel Mətləb