Ayı geyimində avtomobili cızan erməni kişi həbs edildi

Dünya

21.04.2026 18:30

ABŞ-də ayı geyimində avtomobilləri cızaraq sığorta pulu almağa çalışan bir şəxs həbs edilib.

TodayPress TV "Lenta.ru"ya istinadən xəbər verir ki, 26 yaşlı Ruben Tamrazyan, 39 yaşlı Ararat Çirkinyan, 32 yaşlı Vahe Muradxanyan və 39 yaşlı Alfiya Tsukerman sığorta şirkətinə üç ayrı iddia təqdim edərək kompensasiya tələb ediblər.

Onların iddiasına görə, Errohed gölündə bir ayı onların 2010-cu il istehsalı olan Rolls-Royce Ghost avtomobilinə daxil olub və iki Mercedes avtomobilinə — 2015-ci il G63 AMG və 2022-ci il E350 modellərinə zərər yetirib.

Lakin Kaliforniya Balıq və Vəhşi Təbiət Departamentinin bioloqları “yırtıcı”nın videolarını araşdırdıqdan sonra görüntülərdə əslində ayı geyimində bir şəxsin olduğu qənaətinə gəliblər və bunun fırıldaqçılıq olduğu üzə çıxıb.

Prokurorluq ekspert rəyi ilə razılaşıb. Nəticədə məhkəmə üç təqsirləndirilən şəxsi 180 gün həbs cəzasına məhkum edib, onlara cəzanı həftəsonları çəkmək imkanı verilib və əlavə olaraq kompensasiya ödəmələri barədə qərar çıxarılıb. Onların sığorta şirkətlərindən əldə etməyə çalışdığı ümumi məbləğ 141 800 dollar (təxminən 11,8 milyon rubl) olub. Dördüncü təqsirləndirilən şəxs, 39 yaşlı Ararat Çirkinyan isə sentyabr ayında məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, hadisə 2024-cü ilin noyabr ayında baş verib.

Kaliforniya Sığorta Komissarı Rikardo Lara bu hadisəni “iyrənc” adlandırıb.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ,Avtomobil ,Sığorta ,Erməni ,Todayopress.tv,