Ayətullah Əli Rza Arafi İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək Şuranın üzvü seçildi

Dünya

01.03.2026 16:20

İranda Müvəqqəti Liderlik Şurasının üzvləri İran prezidenti Məsud Pezeşkian, Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejeyi və Konstitusiyaya Nəzarət Şurasının üzvlərindən biri Ayətulla Əlirza Ərafi olacaq.

TodayPress TV xəbər verir ki, bunu İranın Məsləhət Şurasının sözçüsü Möhsün Dehnəvi “X” platformasındakı hesabında bildirib.

Onun sözlərinə görə, konstitusiyanın 111-ci maddəsinə əsasən yeni lider təyin olunana qədər sözügedən şəxslər tərəfindən Müvəqqəti Liderlik Şurası idarə olunacaq.

Qeyd edək ki, İran konstitusiyanın 111-ci maddəsinə əsasən, İran lideri öldüyü, istefa verdiyi və ya kənarlaşdırıldığı halda, İranın Xobrəqan-Ekspertlər Məclisi dərhal yeni liderin təyin olunması və elan olunması üçün addım atır. Lider elan olunana qədər prezident, məhkəmə sisteminin rəhbəri və Xobrəqan-Ekspertlər Məclisinin seçdiyi bir dini alim liderin bütün vəzifələrini müvəqqəti icra edirlər. Bu müddət ərzində üç nəfərdən hər hansı biri öz vəzifəsini yerinə yetirə bilməzsə, Xobrəqan-Ekspertlər Məclisinin seçimi ilə həmin şəxsin yerinə seçilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,Lider,Səlahiyyət,Rəhbər,Todaypress.tv,