Ay torpağında iki yeni mineral aşkar edildi
Dünya
24.04.2026 18:45
Çin alimləri Ay torpağında iki yeni mineral kəşf ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "China Central Television" məlumat yayıb.
Nümunələr "Chang'e-5 mission" tərəfindən Yerə gətirilmiş torpaqdan əldə olunub.
"China National Space Administration" tapılan minerallara “maqnezium chang'eite” və “serium chang'eite” adlarını verib.
"Chang'e-5 mission" 24 noyabr 2020-ci ildə Vençan kosmodromundan buraxılıb və 23 gün sonra Yerə qayıdaraq təxminən 2 kiloqram Ay torpağı (reqolit) gətirib. Alimlər bu nümunələri araşdıraraq Ayın geologiyası və gələcək tədqiqat layihələri üçün vacib məlumatlar əldə ediblər.
Mütəxəssislər bildirir ki, bu tədqiqatlar gələcəkdə Ayda elmi baza qurulması planlarına da töhfə verə bilər.
Bundan əlavə, "China Aerospace Science and Technology Corporation"un Beşinci Tədqiqat İnstitutunun nümayəndəsi Şao Limin qeyd edib ki, Çin Ay missiyaları üçün yeni nəsil pilotlu kosmik gəmi üzərində işləyir. Onun sözlərinə görə, bu layihə taykonavtlar üçün Yerdən kənar uçuşlara yeni imkanlar yaradacaq.
Türkan İsgəndərli
tag: Çin,Alim,Ay,Mineral,Todaypress.tv,
