Rüşvətxorluq araşdırması Yunanıstan basketbolunu silkələdi

Rüşvətxorluq araşdırması Yunanıstan basketbolunu silkələdi
26.10.2026 16:20 İdman

Yunanıstan Basketbol Federasiyasının prezidenti Vangelis Liolios rüşvətxorluq və danışılmış oyunların təşkili ilə bağlı aparılan araşdırma çərçivəsində həbs edilib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Basket News” məlumat yayıb.

Danışılmış oyunlarla bağlı qalmaqal fonunda Lioliosun istefasından sonra Yunanıstan Basketbol Federasiyasının idarə heyəti növbədənkənar iclas keçirib.

İclas zamanı federasiyanın yeni prezidentinin seçkisi baş tutub. Rəsmi açıqlamaya əsasən, səs çoxluğu qazanan Angelos Papanikolau qurumun yeni rəhbəri seçilib.

İxtisasca kardioloq olan Papanikolau 2021-ci ildə federasiya prezidentliyinə Lioliosla birlikdə namizədliyini irəli sürüb. Seçkidə məğlub olduqdan sonra isə həmin vaxt yeni seçilmiş prezident Lioliosu dəstəkləyib.

Son illərdə Papanikolau Yunanıstanın ikinci ən güclü basketbol divizionuna rəhbərlik edib, həmçinin federasiyanın xüsusi katibi vəzifəsini tutub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər