“Mançester Yunayted”də təcili iclas: Kerrikin sonu çatıb?

“Mançester Yunayted”də təcili iclas: Kerrikin sonu çatıb?
26.10.2026 15:40 İdman

“Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrikin klubdakı gələcəyi sual altına düşüb.

TodayPress TV “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi mütəxəssisin taleyini müzakirə etmək üçün təcili iclas keçirməyi planlaşdırır.

Bildirilib ki, iclasda klubun idman direktoru Ceyson Uilkoks və icraçı direktor Omar Berrada iştirak edəcəklər. Görüşdə baş məşqçi ilə bağlı növbəti addımların müəyyənləşdirilməsi nəzərdə tutulur.

Kerrikin rəhbərliyi altında “Mançester Yunayted” son səkkiz matçda qələbə qazana bilməyib. Komanda bu qarşılaşmalarda beş dəfə məğlub olub, üç dəfə isə heç-heçə edib.

Premyer Liqanın VIII turunda “Bornmut”a doğma meydanda 0:3 hesabı ilə uduzan “qırmızı şeytanlar” turnir cədvəlinin 16-cı pilləsinə geriləyib.

Bununla yanaşı, klub rəhbərliyi baş məşqçi postuna mümkün namizədlərin siyahısını da nəzərdən keçirir. Namizədlər arasında Eddi Hau, Yulian Nagelsmann, Unay Emeri, Fabian Hürzeler, Antonio Konte və Kiran Makkennanın adları çəkilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər