Avtobus ağır qəzaya uğradı: 6 nəfər öldü

Avtobus ağır qəzaya uğradı: 6 nəfər öldü
06.12.2025 16:15 Dünya

Türkiyənin cənubundakı Osmaniye vilayətində sərnişin avtobusu yük maşınına çırpılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb. 

Qəza nəticəsində 6 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Toqquşma nəticəsində avtobus ciddi ziyan görüb və bəzi sərnişinlər nəqliyyat vasitəsinin içərisində sıxılıb qalıb. 

Hadisə yerinə çox sayda yanğınsöndürən, təcili yardım, polis və jandarma qüvvələri cəlb edilib.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər