Avropada nə yaşanır?: Təhlükəli anlara görə Azərbaycanlılara da müracət edildi
Avropada maliyyə böhranı ilə bağlı narahatlıqlar fonunda bu ərazilərdə yaşayan Azərbaycan və digər ölkələrin vətəndaşlarına müraciət edilib.
TodayPress TV xəbər verir ki, bununla bağlı sosial mediada məlumat yayıb.
Məlumata görə, hazırda ciddi hadisə baş verməyib və müəyyən risklər mövcud olsa da, panikaya əsas yoxdur. Vətəndaşlara yaşadıqları ölkələrdə qalaraq gündəlik fəaliyyətlərini davam etdirmələri tövsiyə olunub.
Qeyd edilib ki, risklər yalnız müəyyən regionlarla məhdudlaşmır və dünyanın müxtəlif yerlərində fərqli təhlükələr yarana bilər.
Müraciətdə vətəndaşlara maliyyə baxımından ehtiyatlı davranmaları, əvvəlki kimi lazımsız xərclərə böyük vəsait ayırmamaları və mümkün qədər pul yığmaları tövsiyə edilib. Bildirilib ki, qarşıdakı 5-10 ilin daha çətin keçməsi ehtimalı nəzərə alınmalıdır.
Həmçinin vətəndaşlara üzərlərində və yaşadıqları evdə müəyyən miqdarda nağd pul saxlamaq tövsiyə olunub. Bank sistemlərinə qarşı mümkün kiberhücumlar fonunda bir neçə gün üçün kifayət edəcək nağd vəsaitin ehtiyat kimi saxlanmasının faydalı ola biləcəyi vurğulanıb.
Müraciətdə təhlükəsizlik məsələlərinə də diqqət çəkilib. Vətəndaşlara yaşadıqları ölkələrdə yerli qayda və tövsiyələrə əməl etmək, gərginlik yarada biləcək mühitlərdən uzaq durmaq, mümkün ayrı-seçkilik və şovinist hücum risklərinə qarşı diqqətli olmaq tövsiyə edilib.
Türkan İsgəndərli