Almaniyanın müdafiə naziri Ukraynaya səfər etdi

Almaniyanın müdafiə naziri Ukraynaya səfər etdi
12.06.2025 09:31 Dünya

Almaniyanın müdafiə naziri Boris Pistorius gözlənilmədən Kiyevə səfər edib.

TodayPressTV xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, o, Ukraynadakı vəziyyətlə yerində tanış olmaq və yeni hərbi yardım imkanlarını müzakirə etmək istəyir.

Nazirin sözlərinə görə, Almaniya Ukraynanı dəstəkləmək üçün əlindən gələni edir. O, əlavə edib ki, gələcəkdə sənaye sahəsində əməkdaşlıq və digər yardım növləri də nəzərdən keçiriləcək.

Qeyd edək ki, Almaniya, ABŞ-dən sonra Ukraynaya ən çox silah verən ikinci ölkədir. Müharibə başlayandan bəri Almaniya Ukraynaya 40 milyard avrodan çox yardım edib. Rusiya isə bu yardımların münaqişəni uzatdığını bildirir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər