Almaniya Rusiyaya səyahət qadağası tətbiq edir?

Almaniya Rusiyaya səyahət qadağası tətbiq edir?
09.10.2026 22:36 Dünya

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Sibirdə taunla mübarizə institutunun əməkdaşının ölümündən sonra Rusiyadan tam şəffaflıq tələb edib.

TodayPress TV xəbər verir ki, Vadeful “Bild” nəşrinə müsahibəsində dünya ictimaiyyətinin Rusiyanın cavab verməli olduğu sualları olduğunu bildirib.

O, Avropanı qorumaq məqsədilə səyahətlərə ciddi məhdudiyyətlər tətbiq edilməsi ehtimalını da istisna etməyib:

“Biz belə bir riskə gedə bilmərik və getmək niyyətində də deyilik”.

Qeyd edək ki, narahatlığa səbəb İrkutskda taunla mübarizə institutunun 28 yaşlı əməkdaşının ölümü olub. Rusiya mediasının məlumatına görə, sentyabrın 25-də laboratoriyada taun törədicisi olan sınaq şüşəsi sınıb. Dörd gün sonra qadın xəstəxanaya yerləşdirilib və oktyabrın 2-də vəfat edib.

Bundan başqa, həmin institutda daha bir mümkün yoluxma halının qeydə alındığı bildirilir.

Bununla belə, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti İrkutsk vilayətində taunla ikinci yoluxma halı barədə məlumatı təkzib edib. Regionun qubernatoru İqor Kobzev isə ötən gün karantinin ləğv olunduğunu açıqlayıb.

Rusiya rəsmilərinin versiyasına görə, laboratoriya əməkdaşı pnevmoniyadan vəfat edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər