NATO müharibəyə hazırlaşmalıdır - Rutte tələb etdi

NATO müharibəyə hazırlaşmalıdır - Rutte tələb etdi
24.11.2026 07:54 Dünya

NATO ölkələri müharibəyə hazırlaşmağa başlamalıdır.

TodayPress TV xəbər verir ki, bunu alyansın baş katibi Mark Rutte Berlin şəhərində NATO Parlament Assambleyasının sessiyası zamanı bəyan edib.

O qeyd edib ki, həm vətəndaşlar, həm biznes nümayəndələri, həm də yerli administrasiyalar hazırlaşmalıdır.

“Ən yaxşı NATO şagirdləri olan Norveç, İsveç, Danimarka və bəlkə də bir neçə başqa ölkədən nümunə götürmək lazımdır. Bu ölkələr müharibə başlayacağı təqdirdə mülki əhalinin nə etməli olduğunu dəqiq bilir”, – deyə Rutte bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər