AK Ursula Fon der Lyayenə qarşı qətnaməni rədd etdi
Avropa Parlamenti Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenə qarşı irəli sürülən etimadsızlıq qətnaməsini qəbul etməyib.
TodayPress TV xəbər verir ki, məsələ iyulun 10-da Strasburqda keçirilən plenar iclasda səsverməyə çıxarılıb. Qətnamə parlamentin rəsmi saytında yayımlanan iclasda müzakirə olunub.
Sədr Roberta Metsola yekun qərarı elan edərək bildirib:
“Qətnamə rədd edildi”.
553 deputatdan 360-ı sənədin əleyhinə, 175-i lehinə səs verib, 18 nəfər isə bitərəf qalıb.
Qiymət Mahir