ABŞ Ukraynaya “Patriot” raketləri verməyəcək

ABŞ Ukraynaya “Patriot” raketləri verməyəcək
26.09.2026 10:22 Dünya

ABŞ administrasiyası Ukraynaya ayrılan 400 milyon dollarlıq hərbi yardım paketinə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketləri daxil etməmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Donald Tramp administrasiyası Ukraynaya hərbi yardım üçün ayrılmış 400 milyon dolları sentyabrın 30-da başa çatacaq cari maliyyə ili ərzində rəsmiləşdirməyi öhdəsinə götürüb.

Yardımın 2029-cu ilin oktyabrına qədər Kiyevə çatdırılması gözlənilir. Paketə silahlar və zirehli texnika üçün ehtiyat hissələri daxil olacaq.

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər