ABŞ Senatı ilk dəfə İrana görə Trampa qarşı çıxdı

Dünya

20.05.2026 09:12

ABŞ Senatı ilk dəfə Prezident Donald Trampın İranla müharibəni (hərbi əməliyyatları) dayandırmasını tələb edən müharibə səlahiyyətləri qətnaməsini irəli aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Prosedur səsvermədə 50 senator lehinə, 47 nəfər əleyhinə səs verib.

Məlumata görə, bu, fevral ayından başlayan və Konqresin icazəsi olmadan davam edən münaqişəyə qarşı Demokratların rəhbərlik etdiyi səylərdə mühüm irəliləyiş sayılır. Qətnamə Prezidentdən Konqresin icazəsi olmadan İranla hərbi əməliyyatları davam etdirməməyi tələb edir və 1973-cü il Müharibə Səlahiyyətləri Qanununa əsaslanır.

Buna baxmayaraq qətnamənin qanun qüvvəsinə minmə ehtimalı aşağı olduğu bildirilir.

Qeyd edək ki, müharibənin davam etməsi, neft qiymətlərinin artması və 2026-cı il ara seçkiləri fonunda Respublikaçılar arasında narazılıq artır.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Senat,Tramp,İran,Todaypress.tv,