ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” paketini qanuniləşdirdi

ABŞ Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” paketini qanuniləşdirdi
19.09.2026 13:28 Dünya

ABŞ Konqresi Rusiyaya və İrana qarşı yeni genişmiqyaslı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib. ABŞ Prezidenti Donald Tramp sentyabrın 18-də sənədi imzalayaraq qanunvericiliyə çevirib. Ağ Evin məlumatına görə, söhbət “Lindsay O. Graham Sanctioning Russia and Iran Act of 2026” adlı qanundan gedir. 

TodayPress TV xəbər verir ki, qanun mərhum Respublikaçı senator Lindsi Qrehemin adını daşıyır. Sənəd Rusiyaya qarşı sanksiyaları, tarifləri və digər məhdudiyyətləri genişləndirir.

Qanuna əsasən, ABŞ administrasiyası 30 gün ərzində Rusiyanın ali rəhbərliyinə, o cümlədən prezident və baş nazirdən tutmuş Baş Qərargah rəisi və kəşfiyyat orqanlarının rəhbərlərinədək yüksək vəzifəli şəxslərə qarşı viza və maliyyə məhdudiyyətləri tətbiq etməlidir. Eyni tədbirlərin iri biznes nümayəndələrinə və Rusiyanın hərbi-sənaye kompleksinə bilərəkdən dəstək verən xarici vətəndaşlara da şamil ediləcəyi bildirilir.

Sənəddə Rusiyanın əsas dövlət bankları, o cümlədən “Sberbank”, VTB və “Qazprombank” xüsusi olaraq qeyd olunur. Rusiya Mərkəzi Bankına münasibətdə isə ayrıca rejimin tətbiqi nəzərdə tutulur.

Qanun Rusiyanın nefti, uranı və kömürünü daşıyan gəmilərin fəaliyyətinə, ABŞ-ın Rusiyaya investisiyalarına və Rusiya dövlət borc öhdəliklərinin alınmasına dair əlavə məhdudiyyətlər də müəyyən edir.

Qeyd edək ki, qanun layihəsi əvvəlcə senator Lindsi Qrehem tərəfindən irəli sürülüb və daha sonra Konqresdə geniş dəstək qazanıb. ABŞ Senatı sənədi avqustun 7-də, Nümayəndələr Palatası isə sentyabrın 16-da qəbul edib. 

Qiymət Mahir

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər