ABŞ qoşunları Polşadan çıxarılır? - Pentaqondan cavab gəldi

ABŞ qoşunları Polşadan çıxarılır? - Pentaqondan cavab gəldi
19.05.2026 20:07 Dünya

Polşanın Baş nazirinin müavini, müdafiə naziri Vladislav Kosinyak-Kamış Pentaqonun rəhbəri Pit Heqset ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, danışıq zamanı Amerika tərəfi Polşada öz hərbi mövcudluğunu qoruyub saxlayacağına dair zəmanət verib.

"Pit Heqset ilə danışıqları yekunlaşdırdım. ABŞ-nin müdafiə naziri təsdiqlədi ki, Amerikanın Polşanın müdafiəsi və təhlükəsizliyinə sadiqliyi dəyişməz olaraq qalır. Bizim hərbi əlaqələrimiz möhkəmdir və bu gün bu, bir daha aydın şəkildə təsdiqləndi. Söhbətimiz zamanı dəfələrlə eşitdim ki, Polşa nümunəvi müttəfiqdir və ABŞ-yə tam arxalana bilər", - deyə Kosinyak-Kamış danışıqların yekunlarına dair bəyanatda bildirib.

Onun sözlərinə görə, Amerika silahlı qüvvələrinin və texnikasının Avropada yerdəyişməsi prosesi tam sürətlə davam edir, lakin Polşadakı ABŞ qoşunlarının imkanlarının azaldılması ilə bağlı heç bir qərar qəbul edilməyib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUL 2026
Bütün Xəbərlər