ABŞ-nin İrana qarşı əməliyyat xərcləri açıqlandı

Dünya

19.05.2026 19:00

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara çəkdiyi xərclər 79 gün ərzində 85 milyard dolları ötüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” məlumat yayıb.

Məlumatda bildirilir ki, bu məbləğə hərbi personalın saxlanılması, bölgəyə göndərilən gəmilər və digər əlaqəli əməliyyat xərcləri daxildir.

Resursun hesablamalarına əsasən, ABŞ Prezidenti Donald Tramp administrasiyasının əməliyyat başlayandan bəri ayırdığı vəsait 85 milyard dollardan çox olub.

Bu rəqəmin daha əvvəl Pentaqon tərəfindən açıqlanan 29 milyard dollarlıq qiymətləndirmədən təxminən üç dəfə çox olduğu qeyd edilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,İran,Əməliyyat,Xərc,Todaypress.tv,