ABŞ Livana hərbi texnika satacaq

Dünya

06.12.2025 18:45

ABŞ Dövlət Departamenti Livana dəyəri 90 milyon dollardan çox olan Orta Taktiki Vasitələrin (MTV) mümkün satışını təsdiqləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Pentaqon açıqlayıb.

Məlumata görə, bu satış Livan Silahlı Qüvvələrinin, xüsusilə də antiterror imkanlarının gücləndirilməsinə xidmət edəcək.

Beyrutun sifarişinə bir neçə növ orta taktiki maşın daxildir:

— 5 tonluq M1085A2 orta taktiki nəqliyyat vasitələri,

— Bucurqadsız 2,5 tonluq M1078A2 orta taktiki maşınlar,

— ehtiyat hissələri, təmir komponentləri, personal hazırlığı və təlim avadanlıqları.

Paket həmçinin texniki və logistik dəstək xidmətlərini əhatə edir.

Pentaqon bildirib ki, bu satış ABŞ-nin “Yaxın Şərqdə siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm tərəfdaş” hesab etdiyi Livanın hərbi potensialını artırmaqla ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik maraqlarına töhfə verəcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,Livan,Hərbi,Yardım,Todaypress.tv,