ABŞ İsrailin İrana qarşı hərbi əməliyyata hazırlığı barədə məlumat aldı

ABŞ İsrailin İrana qarşı hərbi əməliyyata hazırlığı barədə məlumat aldı
12.06.2025 07:42 Dünya

ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb.

TodayPress TV Amerikanın "CBS" telekanalına istinadən bildirib.

Onun mənbələrinin sözlərinə görə, ABŞ rəsmilərinə İsrailin İslam Respublikasına qarşı əməliyyat keçirməyə tam hazır olduğu barədə məlumat verilib. "ABŞ İranın qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab zərbəsi endirə biləcəyini gözləyir", - telekanalın saytı qeyd edib.

Məlumata görə, Dövlət Departamentinin ABŞ səfirliyinin bəzi əməkdaşlarının İraqı tərk etməsini əmr etməsinin səbəblərindən biri də budur.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər