ABŞ: İqlim dəyişikliyi dünya üçün fəlakətdir
ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında bildirilib ki, ölkə iqlim dəyişikliyi və “xalis sıfır emissiya” siyasətlərini təhlükə hesab edir. Sənəddə bu yanaşmaların Avropaya ciddi ziyan vurduğu və ABŞ-nin maraqlarına uyğun olmadığı qeyd olunur.
TodayPress TV xəbər verir ki, strategiyada həmçinin ABŞ-nin enerji sahəsində liderliyinin bərpasının vacib olduğu vurğulanır.
Bunun üçün neft, qaz, kömür və nüvə də daxil olmaqla bütün enerji mənbələrindən istifadə və mühüm komponentlərin yenidən ölkə daxilində istehsalı zəruri sayılır.
Türkan İsgəndərli