ABŞ Hindistan təyyarəsinin qəzasını araşdırmağa kömək edəcək

ABŞ Hindistan təyyarəsinin qəzasını araşdırmağa kömək edəcək
12.06.2025 18:10 Dünya

ABŞ-nin təyyarə mühərrikləri istehsalçısı "GE Aerospace", iyunun 12-də Hindistanın Qucarat əyalətində baş verən "Air India" təyyarə qəzasının araşdırılmasına dəstək verəcəyini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, şirkət bu barədə "X" sosial şəbəkəsində rəsmi bəyanat yayıb.

Bildirilib ki, fövqəladə hallar üzrə qrup aktivləşdirilib və istintaqa dəstək verməyə hazırdır.

"GE Aerospace" həmçinin həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edk ki, Qəzaya uğrayan təyyarə Əhmədabad-London reysini həyata keçirirdi. Meqaninaqar bölgəsində yerə çırpılan təyyarədə 242 nəfər olub. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım qrupları cəlb olunub. İlkin məlumata görə, təyyarədə sağ qalan olmayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər