ABŞ dünyanın jandarmı ola bilməz - Cey Di Vens
ABŞ dünyanın jandarmı rolunda çıxış edə bilməz.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens bəyan edib.
"ABŞ dünyanın jandarmı ola bilməz. Biz yaxşı müttəfiq olmaq istəyirik və qoşunlarımızın mövcudluğunun Avropada regional sabitliyə töhfə verməsini arzulayırıq", - deyə o, ABŞ qoşunlarının Polşadan çıxarılmasını şərh edərkən jurnalistlərə bildirib.
Aysel Mətləb