ABŞ “dayan” dedi, Zelenski geri addım atdı

ABŞ “dayan” dedi, Zelenski geri addım atdı
12.08.2026 11:13 Dünya

ABŞ vitse-prezidenti J.D. Vens iyulun 31-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edərək Qara dənizdə tankerlərə hücumların dayandırılmasını istəyib.

TodayPress TV xəbər verir ki, "Financial Times"ın məlumatına görə, Zelenski Vensin müraciətindən sonra neft tankerlərinə qarşı hücumların dayandırılması barədə göstəriş verib.

Bildirilir ki, ABŞ Ukraynanın hücumlarının neft bazarlarında sabitliyi poza və Amerika şirkətlərinin maraqlarına zərər vura biləcəyindən narahat olub.

Ukrayna qüvvələri daha əvvəl Qazaxıstan neftinin Rusiyanın Novorossiysk limanındakı Xəzər Boru Kəməri Konsorsiumunun terminalına daşınmasında istifadə olunan tankerlərə zərbələr endirib.

Məlumata görə, Vensin Zelenskiyə zəngindən sonra CPC terminalı yaxınlığındakı gəmilərə yeni hücum qeydə alınmayıb.

Ukrayna tərəfi isə ABŞ ilə  razılaşdırılmış mexanizmlər çərçivəsində Rusiyaya aid olmayan və Rusiya nefti daşımayan gəmilərə hücumların dayandırılması məsələsində Vaşinqtonun mövqeyini nəzərə aldığını bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 AVQUST 2026
Bütün Xəbərlər