ABŞ Britaniyadakı aviabazalarını TƏCİLİ boşaldır

ABŞ Britaniyadakı aviabazalarını TƏCİLİ boşaldır
10.11.2026 11:18 Dünya

ABŞ İrandan gələn təhdidlər fonunda Böyük Britaniyadakı daha bir hərbi aviabazadan təyyarələrini çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, bazar ertəsi ABŞ-a məxsus iki yanacaqdoldurma təyyarəsi Böyük Britaniyanın “RAF Mildenhall” aviabazasından Almaniyaya göndərilib. Daha sonra bir neçə digər təyyarə də bazadan çıxarılıb.

Bu addım İranla əlaqəli olduğu ehtimal edilən təhlükəsizlik insidenti ilə bağlı yeddi nəfərin saxlanılmasından sonra atılıb. Bundan əvvəl ABŞ B-1 bombardmançı təyyarələrini “RAF Fairford” aviabazasından çıxarmışdı.

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər