“12 ildir, Ukraynanı tuta bilmirsiniz, Polşa sizi boğar…”
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyaya yönəlik sərt mesaj verib.
TodayPress TV xəbər verir ki, Sikorskinin sözlərini “Polskie Radio” yayıb.
“12 ildir Donbası, 4,5 ildir isə Kiyevi ələ keçirməyə çalışırsınız. Rusiyanın onda biri böyüklüyündə olan bir ölkə olan Ukrayna sizi dayandırdı.
Polşanı, Avropanı və NATO-nu məğlub etməyiniz mümkün deyil.
Çox insan öldürə bilərsiniz, amma qalib gələ bilməzsiniz”, - deyə Sikorskinin bildirdiyi qeyd olunur.
Qeyd edək ki, Polşa Ukraynanın müdafiəsinə dəstək verən ölkələrdən biridir. Polşa hökuməti daha əvvəl Ukraynanın müdafiəsinin Polşanın və Avropanın təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu bəyan edib.
Qiymət Mahir