Bir qrup xarici jurnalist Diaspor Komitəsində oldu

Bir qrup xarici jurnalist Diaspor Komitəsində oldu
19.06.2025 16:46 Diaspor

Bir qrup xarici jurnalist Diasporla İş üzrə Dövlət Komitəsində olub, sədr müavini Elşad Əliyevlə görüşüblər.

Bu barədə TodayPress TV-yə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bunlar “Report" İnformasiya Agentliyinin ABŞ bürosunun əməkdaşı Vüsalə Abbasova, İtaliyanın “İtalpress” xəbər agentliyinin ABŞ müxbiri Stefano Vakkara və “Jordan Report Media and Entertainment” şirkətinin prezidenti, iordaniyaəsilli jurnalist Jordan Dakamsehdir.

Sədr müavini qonaqlara azərbaycanlıların vahid diaspor şəbəkəsinin yaradılması ideyası barədə məlumat verərək qeyd edib ki, hazırda 70 ölkədəki həmvətənlərlə geniş əlaqələr mövcuddur və diasporun mərkəzləşdirilmiş formada işləməsi üçün Koordinasiya Şuraları yaradılıb, dünyanın 20 ölkəsində 30 Azərbaycan Evi açılıb.

Onlar Azərbaycan, ümumilikdə regionla bağlı məlumatlılıq səviyyələrinin artmasına bu səfərin ciddi təsir göstərdiyini söyləyiblər. Qənaət və müşahidələrini bölüşən jurnalistlər Azərbaycan dövlətinin diasporun inkişafı ilə bağlı ciddi səylər göstərdiyini, öz təcrübələrində bu cür hallara, demək olar ki, rast gəlmədiklərini və müsbət mənada təəccübləndiklərini dilə gətiriblər. Xarici jurnalistlər təmsil etdikləri ölkələrlə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafına diqqət çəkib, ölkə ilə bağlı obyektiv məlumatların yayılması istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular, o cümlədən Dövlət Komitəsinin və diasporun xarici media ilə əlaqələri, Azərbaycan diasporunun müharibə və postmüharibə dövründə informasiya savaşının güclü tərəfinə çevrilməsi, beynəlxalq medianın obyektiv fəaliyyəti kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

FOTOLAR

Bir qrup xarici jurnalist Diaspor Komitəsində oldu — 1
Bir qrup xarici jurnalist Diaspor Komitəsində oldu — 2
Bir qrup xarici jurnalist Diaspor Komitəsində oldu — 3
XƏBƏR LENTİ
31 MAY 2026
Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var 09:37 ABŞ-İran danışıqları uzanır: Tramp səbəbi açıqladı 09:23 PSJ-nin qələbəsindən sonra baş verən iğtişaşlarda azı 12 nəfər yaralandı 09:46 Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..." 09:42 ABŞ-yə məxsus PUA vuruldu - SEPAH 09:18 Ukrayna Rusiyanın neft infrastrukturunu vurdu - VİDEO 09:30 ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 Bütün Xəbərlər