Naxçıvanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olundu
27.09.2026 10:08 Diaspor

27 Sentyabr - Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında şəhidlərin xatirəsi anılır.

TodayPress TV xəbər verir ki, Muxtar Respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarında çalışanlar, ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edirlər.

Naxçıvan şəhərində və digər yaşayış məntəqələrində baş tutan ziyarətlər zamanı məzarların önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu minnətdarlıqla anılır.

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər