Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin edilib.
TodayPress TV xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nuhi Abbasəli oğlu Abdinov Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Qeyd edək ki, Nuhi Abdinov 2023-cü ilin sentyabrından Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.