XİN-dən dövlət qulluqçularına təbrik mesajı: Ölkəmizin inkişafında onların rolu əvəzsizdir

XİN-dən dövlət qulluqçularına təbrik mesajı:  Ölkəmizin inkişafında onların rolu əvəzsizdir
23.06.2026 08:41 Daxili siyasət

Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində dövlət qulluqçularının rolu əvəzsizdir.

TodayPress TV xəbər verir ki, bu fikir, Azərbaycan Xarici İşlər Nazirliyinin "X"dəki hesabında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə paylaşımında yer alıb.

"23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda çalışan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, peşəkar, şəffaf və vətəndaşyönümlü dövlət idarəçiliyinin təmin olunmasında dövlət qulluqçularının rolu əvəzsizdir. Sizə möhkəm cansağlığı, yeni nailiyyətlər və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər