Xarici diplomatlar Ağdərədə monastırı ziyarət etdi
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Ağdərə rayonunun Vəngli kəndində olublar.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, qonaqlar Gəncəsər monastırını ziyarət ediblər.
Onlara monastrın tarixi barədə məlumat bürilib.
Qeyd edək ki, Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir.
Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir.
Kompleksin cənub qapısına yaxın yerləşən kilsənin əsasını 1216–1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub.