Vəkillər Kollegiyasından bir vəkil xaric olundu, üçü cərimələndi

Vəkillər Kollegiyasından bir vəkil xaric olundu, üçü cərimələndi
06.03.2026 11:15 Daxili siyasət

Yol verilmiş intizam pozuntularına görə Vəkillər Kollegiyasından bir vəkil xaric edilib, üç vəkil barəsində cərimə tədbiri tətbiq olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Qeyd edilib ki, daha 1 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etməsi tapşırılıb.

Həmçinin məlumatda vurğulanıb ki, Prezidenti İlham Əliyevin Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən Kollegiyanın 12 üzvünün mükafatlandırılması və vəkillik fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Rəyasət Heyəti tərəfindən bununla bağlı müvafiq müsbət qərar qəbul olunub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər