Siyavuş Novruzov: Bələdiyyələr 300-500 min evdən vergi toplaya bilmir

Siyavuş Novruzov: Bələdiyyələr 300-500 min evdən vergi toplaya bilmir
30.09.2026 11:46 Daxili siyasət

Bələdiyyələrin maliyyə imkanlarının genişləndirilməsi üçün qanunsuz tikililərin qeydiyyata alınması və həmin əmlaklardan vergi tutulması təmin edilməlidir.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, bələdiyyələrin topladığı vergilərin artırılması onların əhalinin problemlərinin həllində imkanlarını genişləndirə bilər.

“Birinci növbədə bələdiyyələrin topladığı vergilərlə əlaqədar bələdiyyələrin vəsaitlərinin çoxalması və onun da əhalinin problemlərinin həll olunması ilə əlaqədar qanunsuz evlərin qeydiyyatıdır. Bu gün evlər qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisi verməlidir, bu vergini vermirlər.

Nəticə etibarı ilə 300 min, 500 min evdən bu gün bələdiyyələr vergi yığa bilmirlər. Mən hesab edirəm ki, bu, Vergi Məcəlləsində və digər məsələlərdə nəzərdə tutulmalıdır, bu addım atılmalıdır”, – deyə S.Novruzov bildirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər