“Quba-Xəzəryanı üzrə SOCAR ilə “Gran Tierra Energy” arasında Saziş” təsdiqləndi
“Quba-Xəzəryanı” ərazisi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsünə dair Saziş” qəbul və təsdiq edilib.
TodayPress TV xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında bağlanmış Sazişin qəbul və təsdiq edilməsini, həmçinin onun həyata keçirilməsinə icazə verilməsini nəzərdə tutur.
Saziş Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən “Quba-Xəzəryanı” ərazisində kəşfiyyat, işlənmə və hasilat fəaliyyətlərini tənzimləyir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Qiymət Mahir