Ombudsman və rəhbərlik etdiyi kollektiv Zəfər parkını ziyarət etdi
27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və rəhbərlik etdiyi kollektiv Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, memorial kompleksin önünə gül dəstələri düzülüb.