Gədəbəy, Naftalan və Qaradağa yeni icra başçıları təyin edildi
Gədəbəy Rayon İcra Hakimiyyətinə, Naftalan Şəhər İcra Hakimiyyətinə və Qaradağ Rayon İcra Hakimiyyətinə yeni başçılar təyin olunub.
TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin, Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.