"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verildi

"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verildi
23.09.2026 16:11 Daxili siyasət

Prezident İlham Əliyev 7 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısında dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC siyahıya əlavə edilib.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər