ETSN kollektivi Zəfər parkını ziyarət etdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi 27 sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edib.
TodayPress TV xəbər verir ki, bu barədə ETSN-dən məlumat verilib.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.