Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi

Dövlət Xidmətinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi
27.09.2026 12:14 Daxili siyasət

44 günlük Vətən müharibəsinin başlamasının ildönümü ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov və xidmətin şəxsi heyəti Bakı şəhərində inşa olunan Zəfər parkındakı 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidəni ziyarət edib.

TodayPress TV xəbər verir ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi yad edilərək memorial kompleksin girişində olan abidə önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir.



XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər