Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar
27.09.2026 10:38 Daxili siyasət

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.

TodayPress TV xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin xatirəsini anıblar

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

XƏBƏR LENTİ
27 SENTYABR 2026
Bütün Xəbərlər