Deputat: İslam dəyərlərini tapdaqdan xilas edən dövlətə heç kim əqidə dərsi keçə bilməz
“Azərbaycan dünyada dininə və mənəviyyatına ən yüksək səviyyədə sahib çıxan, inanclara dərin ehtiram göstərən unikal dünyəvi dövlətdir”.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, inancı siyasiləşdirərək qarşıdurma mənbəyinə çevirmək istəyən qrupların təsiri altına düşən vətəndaşlar bir sıra məsələlərə diqqət yetirməlidirlər.
“30 il boyunca Qarabağda və Şərqi Zəngəzurda məscidlərimizin düşmən tərəfindən dağıdılmasına, toz-torpağa çevrilməsinə kim son qoydu? Kim bir milyondan artıq müsəlman ümmətini didərginlikdən, qaçqınlıqdan, məcburi köçkünlükdən xilas etdi?” – deyə B.Məhərrəmov sual edib.
Deputat vurğulayıb ki, İslam dəyərlərini tapdaqdan, məscidləri, ziyarətgahları və müsəlmanların qəbirlərini təhqirlərdən xilas edən liderin idarə etdiyi dövlətə və onun rəhbərlik etdiyi xalqa heç kimin əqidə dərsi keçmək haqqı yoxdur.
Qiymət Mahir