Deputat cəmiyyəti çaşdıranlara cəza istədi

Deputat cəmiyyəti çaşdıranlara cəza istədi
30.09.2026 11:57 Daxili siyasət

Cəmiyyətdə qarşıdurma yaradılmasına xidmət edən qızışdırıcı və təxribatçı yayımlar ciddi nəzarətə götürülməlidir.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, sosial problemləri manipulyasiya edərək cəmiyyətə müəyyən fikirləri təlqin etməyə çalışan şəxslərin fəaliyyətinə diqqət yetirilməlidir.

“Həyatda ümumiyyətlə heç bir nümunəvi nailiyyəti olmayan, intellektual səviyyəsi və dünyagörüşü dövlətçilik maraqlarını anlamağa imkan verməyən, yeganə göstəricisi hansısa siyasi partiyaya, hansısa qruplaşmaya daxil olmaq olan adamların sosial problemləri manipulyasiya edərək cəmiyyətə nəyisə təlqin etmək, fikrə yön vermək hüququ olmamalıdır”, – deyə B.Məhərrəmov vurğulayıb.

O qeyd edib ki, informasiya məkanı dövlətin suverenlik hüdudlarının bir hissəsidir:

“İnformasiya məkanı dövlətimizin suverenlik hüdududur və bura cəmiyyətlərin beyninin zəhərləndiyi bir poliqon ola bilməz. Heç kimin haqqı yoxdur ki, internet resurslarında özünü dövlətə münasibətdə prokuror və ya ittihamçı kimi aparsın. Bu sərhədlər daxilində yeganə hakim Azərbaycan dövlətinin özüdür”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər