Babək rayonunun icra başçısı vəzifəsindən azad edildi
Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, o, müvafiq sərəncamla bu vəzifəyə 2024-cü ilin 29 aprel tarixində təyin edilmişdi.